İsrail ordusunun Qəzza zolağına hücumda daha media əməkdaşı həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin hökumətinin Qəzzadakı Media Ofisi bəyanat yayıb.

Bildirilib ki, "Aksa" Televiziyasının Rəqəmsal Media Departamentinin rəhbəri Səid Rıdvan, Sened Xəbər Agentliyində çalışan Həmzə Əbu Silmiyye və Qüds Fondunda jurnalist kimi işləyən Hanin Mahmud Barudun bu günki hücumda həyatları ilə vidalaşıblar.

Fələstinin WAFA xəbər agentliyi yazıb ki, hər üçn jurnalist BMT-nin Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım İşləri üzrə Agentliyinə (UNRWA) bağlı "Əsma" məktəbinin bombalanması nəticəsində ölüblər: "Bununla da 7 oktyabr 2023-cü ildən bu yana Qəzzada həlak olan media işçilərinin sayı 180-ə çatıb".

Tahir Şəlvəli

MİA.AZ