İspaniya La Liqasında çıxış edən "Real Sosyedad" "Qalatasaray"ın parlayan ulduzuna "göz qoyub".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Real Sosyedad" baş məşqçisi Manol Alquacilin Yunus Akgünü transferi üçün klub yetklilərinə raport verib.
İspaniyadan "El Nacional" nəşri yazıb ki, klub menecerləri Yunus Akgünü yaxından izləyib: "Onlar sürətli və driblinq qabiliyyətli Yunus Akgünün transferində qətidir. Bunun üçün "Qalatasaray"a start olaraq 7 milyon avro təklif olunacaq. Rəsmi danışıqlar isə yanvar ayında başlayacaq".
Onu da qeyd edək ki, İspaniya mediası Akgünü Arda Gülər kimi parlaq futbolçu sayır.
Fərid Aslan
MİA.AZ