Oktyabrın 25-də günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Mia.az-a bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin orta məktəbdə baş verməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
***
Bakıda Xəzər rayonu, Buzovna qəsəbəsi yerləşən 322 nömrəli orta məktəbdə bıçaqlanma hadisəsi olub.
Bizim.Media-ya daxil olan məlumata görə, 11-ci sinif şagirdi məktəbin həyətində bıçaqlanıb.
Hadisə şahidləri qan içində olan şagirdin təcili yardım maşını ilə xəstəxanaya çatdırıldığını görüblər.
Hələlik şagirdin kim tərəfindən bıçaqlanması və vəziyyətinin necə olması barədə məlumat yoxdur.