Ölkə ərazisində qanunsuz tikililərin qarşısının alınması üçün dövlət qurumları tərəfindən görülən tədbirlərə baxmayaraq, hələ də bu işlərlə məşğul olan ciddi şəbəkələr fəaliyyətlərini davam etdirirlər.

Qanunsuz həyət evlərinin gizli tikintisinin yayıldığı ərazilərdən birinin Abşeron rayonu Masazır qəsəbəsi olması barədə bir neçə dəfə məlumat vermişik. 

AzFakt.com xəbər verir ki, hazırda Masazır qəsəbəsində heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan qanunsuz həyət evlərinin kütləvi tikintisi ən çox “göl” adlanan ərazidə aparılır. Bataqlıq və gölməçə olan ərazi indi zibillərlə doldurularaq, üstündə qanunsuz həyət evləri inşa edilir.

Əldə etdiyimiz məlumata görə, ərazidə inşa edilən həyət evlərinin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir rəsmi icazəsi yoxdur. Qanunsuz tikintini həyata keçirən maklerlərin Abşeron İcra Hakimiyyəti ilə "anlaşdığı" və buna görə işlərini rahat şəkildə aparırlar. 

MİA.AZ