Türkiyənin Mardin şəhərində "Qırmızı bülleten"lə" axtarışda olan PKK terrorçusu öldürülüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya məlumat yayıb.
Nazir bildirib ki, qırmızı kateqoriyada axtarılan PKK/KCK terrorçusu Ramazan Aktaş Mardinin Artuklu rayonunda bir evdə həyata keçirilən əməliyyat çərçivəsində zərərsizləşdirilib: "Xainlərin nəfəs aldırmayacağıq. Onlara qarşı əməliyyatlarımız ilin 365 günü əzmlə davam edəcək"
Nazir əlavə edib ki, əməliyyat keçirilən evdə M16 tüfəngi, 1 AKİS tüfəngi, 5 dolu M16 maqazin, 5 A dolu AKİS maqazin, 4 əl qumbarası, 2 poverbank, 3 durbin, 1 sursat jileti, 1 bel çantası, 1 ədəd termal çətir, 1 ədəd termal günəş paneli, 4 ədəd Hilti şarj cihazı, 1 ədəd gizli səsyazma qurğusu və 1 ədəd fənər ələ aşkarlanaarq götürülüb.
Samir Musayev
MİA.AZ