Ankarada 5 nəfərin ölümü, 14 nəfərin yaralanması ilə nəticələnən teror aktından sonra Türkiyədə terrora qarşı əməliyyatlar güclənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son sutkada Ankarada PKK-ya yaxın 33 nəfər qandallanıb.

Məlumata görə, paytaxtla yanaşı, İstanbulda da terror təşkilatı PKK/KCK-yə qarşı uğurlu əməliyyat keçirilib.

İstanbul polisinin məlumatına görə, PKK/KCK adına təxribatlara hazırlaşan 44 şübhəlinin yerləri müəyyən edilib: "Şübhəlilərdən 34-nün qondarma təşkilatın "gənclik qolu" xətti ilə, digər birinin isə İstanbulda "Molotov"la təxribat törətməyə hazırlaşmaları əməliyyat məlumatları ilə dəqqiləşdirilib. İstintaq zamanı onlardan 3-nün terror təşkilatı tərəfindən təlimə cəlb olunmaları da aşkarlanıb, 6 şübhəlinin isə təşkilat üzvlərinə maliyyə yardımı etdiyi üzə çıxıb. Bleəliklə, əməliyyatda 35 şübhəli saxlanılıb. Digər şübhəlilərlə bağlı axtarış davam edir".

Firudin Səfərli
MİA.AZ