Konfrans Liqasının ikinci turunda "RAMS Başakşehir"i 5:1 hesabı ilə məğlub edən Sloveniyanın "Celje" komandasının baş məşqçisi, vaxtilə "Qalatasaray"ın heyətində top qovan Albert Riera matçdan sonra mətbuat konfransında sualları cavablandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, qalib gələcəklərinə inandığını, lakin belə böyük hesab gözləmədiyini etiraf edib: "Düzünü demək gərəkdirsə, bu hesabı gözləmirdik. Əsas məqsəimiz qol buraxmamaq şərtiylə qol atmaq idi. Lakin çox qol atdıq və təəssüf ki, bir qol buraxdıq. Qələbədən çox sevincliyəm. Müdafiədə kompakt oynadıq. İkinci hissədə yorğunluğa qdəər əla oynadıq. Ooyunçularımdan qürur duyuram, fantastik bir nəticə oldu".
İspaniyalı məşqçi qarşıdakı 4 oyunda da belə oynamağa çalışacaqlarını deyib.
Fərid Aslan
MİA.AZ