Avropa Liqasının Liqa mərhələsinin III turunda “Qarabağ” bu gün Niderlandən məşhur komandası "Ayaks"ı Bakıda sınağa çəkib.

Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda 20:45-də başlayan oyunun 15-ci dəqiqəsində "Qarabağ"dan Julio Romao kobud oyuna görə qırmızı vərəqə alıb.

10 nəfərlə qalan "Qarabağ" 35-ci dəqiqədə qapısında qol görüb - 0:1.

İlk hissə bu hesabla başa çatıb.

74-cü dəqiqədə qonaqlar penaltidən fərqi artırıb - 0:2.

 Bu qoldan 3 dəqiqə sonra qonaqlar daha bir qola imza atıb - 0:3

 79-cu dəqiqədə isə "Qarabağ"ın oyunçusu Elvin Cəfərquliyev də qırmızı kartla meydandan qovulub.

Beləliklə, 9 nəfərlə meydanda qalan "Qarabağ" 0-3 hesabı ilə uduzub.

Onu da qeyd edək ki, "Qarabağ" bundan əvvəlki oyunlarda da uduzub və hazırda liqada xalsız sonuncu yerdədir.

Zülfiyyə Mustafayeva

MİA.AZ