“Qalatasaray”ın bir ay əvvəl “Lion”a icarəyə verilən Vilfrid Zaha Fransada gözləntiləri doğrulda bilməyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Lion" intizamsız davranan "Qalatasaray"ın oyunçusu ilə icarə müqaviləsini ləğv etməyə hazırlaşır.

Məlumata görə, Vilfrid Zahanın klubda intizamsız davranması onunla vidanı sürətləndirib: "Artıq iş o yerə çatıb ki, "Lion" mövsümün sonunu gözləmədən müqaviləyə indidən xitam vermək istəyir. Artıq hüquqşünaslar xitamla futbolçunun meneceriylə danışıqlar aparıb".

Qeyd edək ki, 31 yaşlı futbolçu indiyədək "Lion"da cəmi 2 matçda meydana çıxıb: "İki oyunda cəmi 76 dəqiqə meydanda qalan futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb".

Fərid Aslan

MİA.AZ