UEFA Çempionlar Liqasında üçüncü turun oyuunları ötən axşam yekinlaşıb.

Mia.az xəbər verir ki, ötən gecə 18 qarşılaşma keçirilib və bir neçə oyundan gözlənilməz nəticələr alınıb.

Türkiyə millisinin futbolçuları Kerem Aktürkoğlu və Orkun Kökçünün heyətində yer aldığı  "Benfika" öz meydanında "Feyenoord"a 3:1 hesabı ilə uduzub. "Benfika"nın yeganə qolunu 66-cı dəqiqədə Kerem Aktürkoğlu vurub. Orkun Kökçü isə  72-ci dəqiqədə əvəzlənib. 

"Barselona" isə öz meydanında "Bavariya"nı 4:1 hesabı ilə məğlub etməyi bacarıb.

Rafinyanın Kataloniya təmsilçisinin heyətində "het-trik" etdiyi gecədə Robert Levandovski də hesaba töhfə verib. "Bavariya"nın yeganə qoluna Harri Keyn imza atıb.

"Real Madrid" doğma meydanda "Borussiya Dortmund"a 5:2 hesabı ilə qalib gəlib. Arda Gülər ​90-cı dəqiqədə meydana daxil olub.

"Atletico Madrid" isə öz meydanında Fransanın "Lill" komandasına boyun əyib - 1-3

Digər oyunları isə belə nəticələnib:

22 oktyabr

Milan (İtaliya) - Club Brugge (Belçika): 3-1

Monako (Fransa) - "Srvena Zvezda" (Serbiya): 5-1

PSJ (Fransa) - PSV (Hollandiya): 1-1

"Yuventus" (İtaliya) - "Ştutqart" (Almaniya): 0:1

"Arsenal" (İngiltərə) - "Şaxtyor" (Ukrayna) - 1:0

Aston Villa (İngiltərə) - Bolonya (İtaliya): 2-0

"Girona" (İspaniya) - "Slovan Bratislava" (Slovakiya): 2-0

Şturm Qraz (Avstriya)-Sportinq (Portuqaliya): 0-2

Real Madrid (İspaniya)-Borussiya Dortmund (Almaniya): 5-2

23 oktyabr

"Atalanta" (İtaliya) - "Seltik" (Şotlandiya): 0:0

Brest (Fransa)-Bayer Leverkuzen (Almaniya): 1-1

"Mançester Siti" (İngiltərə) - "Sparta Praqa" (Çexiya): 5:0

"Leypsiq" (Almaniya) - "Liverpul" (İngiltərə): 0-1

"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya): 4-1

Atletico Madrid (İspaniya) - Lill (Fransa): 1-3

Benfika (Portuqaliya) - Feyenoord (Hollandiya): 1-3

"Zalsburq" (Avstriya) - "Dinamo Zaqreb" (Xorvatiya): 0-2

“Yanq Boyz” (İsveçrə) – “İnter” (İtaliya): 0-1

Fərid Aslan

Mia.az