İsrail qırıcıları Livanın paytaxtı Beyrutda "Əl Mayadeen" kanalının ofisinə zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın NNA rəsmi dövlət Agentliyi məlumat yayıb. 

Bildirilib ki, ötən axşam saatlarında İsrail döyüş təyyarələri Beyrutun cənubundakı Dahiye bölgəsi və ətrafına 10 hava hücumu həyata keçirib: "4-cü hücum zamanı El-Laylaki bölgəsi yaxınlığındakı mülki yaşayış məhəllələri vurulub, nəticədə ərazidə güclü yanğın başlayıb. Dahiyə yaxınlığındakı Əl-Cenah bölgəsində isə Əl-Mayadin kanalının yerləşdiyi bina iki raketlə vurulub. Ofis tamamilə dağılıb, yanaraq yararsız hala düşüb".

Agentlik yazıb ki, hücumdan əvvəl telekanalın işçiləri sığınacaqlara qaçdıqlarından ölən və yaralananlar olmayıb.

Tahir Şəlvəli

MİA.AZ