Bu gün Avropa Liqasının Liqa mərhələsində 3-cü turu çərçivəsində "Qalatasaray" İsveçin “Elfsborq” komandasını istanbulda qəbul edib.

Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 18:30-da başlayan oyunda Mauro İkardi 28-ci dəqiqədə hesabı açıb.

39-da İsak Pettersson avtoqolla "Qalatasaray"ın 2:0 ön çıxmasına səbəb olub.

44-cü dəqiqədə isə Barış Alper əla qolla fərqi artırıb - 3:0.

 52-ci dəqiqədə Baydu fəriq azaldıb. 65 dəqiqədə qonaqlar penaltidə dəqiq oynayıb - 3:2.

83-də isə  Yunus Akgün əzmkar oyunu ilə fərqi - 4:2.

90+2-də Larson qonaqların növəti qoluna imza atıb - 4:3.

Oyun bu hesabla başa çatıb."Qalatasaray" matç üstünlüyü ilə 7 xalla liqanın hələlik lideridir.

Fərid Aslan

MİAA.Z