"Fənərbağça"nın iki həftə əvvəl ingilis futbolçusunun müqaviləsinə niyə xitam verməsinin səbəbi üzə çıxıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə idman şərhçisi və yazar Emre Bol açqlama verib.

O iddia edib ki, Rayan Kent komanda yoldaşının həyat yoldaşına intim mesaj yazdığı üçün klubun bazasında möhkəm döyülüb: "Onu Samandıra bazasında yaxşıca döyüblər. Bundan sonra isə qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verilib".

Xatırlaadq ki, 27 yaşlı Kent Baş məşqçi Joze Mourinyonun dövründə UEFA Konfrans Liqasının 2-ci Təsnifat mərhələsində "Luqano"ya qarşı illk 11-likdə meydana çıxmışdı.

O, ötən mövsümün əvvəlində Şotlandiyanın “Reyncers” komandasından ayrılaraq “Fənərbaxça”ya pulsuz transfer edilmişdi. Klubla 2027-ci ilə qədər müqaviləsi var idi.

Fərid

MİA.AZ