İstanbulda pollsə hücum çəkən keçmiş hərbçi və oğlu güllənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Üsküdar rayonunda baş verib.

Məlumata görə, pensiyada olan keçmiş hərbçi polislə mübahisə edib: "Daha sonra o, mübahisə zəminində çəkiclə polisə hücum çəkib. Bu zaman oğlu üzərindəki stapançanı çıxararaq polisə tuşlayıb. Ərazidə olanpolislər dərhal olaya müdaxilə edərək ata-balanı güllələyiblər. Oğul hadisə yerində canını tapşırıb, ata  və digər bir nəfər isə yaralanıb".

Hadisə ilə bağlı araşdırma aparılır.

Firudin Səfərli

MİA.AZ