Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Araz Talıbovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan mia.az-a bildirilib ki, onun yaşadığı ünvandan iki kiloqramdan artıq marixuana, kəndin çöllük ərazisindən isə sonuncu tərəfindən kültivasiya edilərək yetişdirilmiş çətənə kolları aşkarlanıb. Məlumata görə, faktla bağlı araşdırmalar aparılır.