Türkiyənin Antalya şəhərində qanunsuz silah alveri ilə məşğul olan şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Antalya polisi məlumat açıqlayıb.
Bildirilib k, Antalyanın 4 rayonunda eyni vaxtda həyata keçirilən silah qaçaqmalçılığı əməliyyatında ümumilikdə 39 şübhəli saxlanılıb: "Əməliyyat zamanı Kəpəzdə 27, Muratpaşada 8, Aksuda 3, Serikdə 1 şübhəli saxlanılıb. Xeyli silah-sursat ələə keçirilib. İstintaq davam edir".
Firudin Səfərli
MİA.AZ