Türk hakerlər "Yuventus"un rəsmi ingilisdilli hesabına əlı keçirərək orada  "Real Madrid"də çıxış edən türkiyəli Arda Gülərin İtaliya klubuna transfer xəbərini paylaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu paylaşım çox qısa zamanda dünya futbolçunda çalxalanma yaradıb. Hətta bir çox nüfuzlu idman nəşrləri xəbəri manşetdən tirajlayıblar.

Qeyd edək ki, ələ keçirilən səhifədə belə paylaşım ediliib:

""Yuventus"a xoş gəlmisiniz, Arda Gülər! Futbolun yüksələn ulduzu artıq "Juventus" ailəsinin bir parçasıdır! Bu yeni macərada bizimlə birlikdə tarix yazmağa hazırsınızmı?".

"Yuventus" klubu dərhal italyan dilində olan rəsmi səhifəsindən xəbəri təkzib edib və ingilis dili üzrə olan səhifəinin ələ keçirildiyini bəyan edib.

"Yuventus"un rəsmi hesabında verdiyi bu açıqlamadan sonra ələ keçirilən ingilis hesabından "Oğlum, bu zarafat idi, lan" paylaşımı edillib.

Bu paylaşımdan sonra hesabı ələ keçirənlərin türk olduğu üzə çıxıb.

Fərid Aslan

MİA.AZ