Bakı şəhərinin Nərimanov rayonunda Bağırov körpüsünü su basıb.

 Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, gGecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov korpüsünün ərazisində subasma qeydə alınmışdır, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılıb.

Bakının icra başçısı Eldar Əzizov və aidiyyəti struktur rəhbərlərinin gələrək əraziyə baxış keçirib, təxirəsalınmaz tədbirlər görülüb: “Bakı şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır”.