"Fənərbağça"nın keçmiş futbolçusu, hazırda şərhçi olan Volkan Dəmirəl keçmiş klubuun "Samsunspor"la 2-2 bərabərə qaldığı son matçla bağlı diqqətçəkən açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, uğursuzluqları klubda yaşanan ümidsizlilə əlaqələndirib.

Volkan deyib ki, artıq azarkeşlərin də komandaya olan inamı azalıb: "Azarkeşlərin artıq fikri, inancı qarışıb. Onlar çox kədərli və inamsızdırlar. Açıq deyək ki, bədbin ruhdayıq. Hamımız yeni komadadan - Joze Mourinyodan, transferlərdən çox şey gözləyirdik. Ümidimiz vardı ki, yığmanın oyunlarına görə yaranan fasilədən komanda yaxşı istifadə edəcək. Amma heç nə dəyişmədi, belə çıxır ki, komanda bundan çox qabağa gedə bilməyəcək".

Fərid Aslan

MİA.AZ