"Borussiya Dortmund"un baş məşqçisi Nuri Şahin keçmiş məşhur futbolçu və məşqçi Sergen Yalçıının "Dortmundda məşqçi olmaq bu qədər asandırmı?" eplikasına cavab verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nuri Şahin Segen Yaılçının sözlərinə güldüyünü deyib.

Şahin "Sergen Yalçın o sözləri  deyəndə, özünü  necə hiss etdin?" sualına beə vabablandırıb:  "Güldüm. Yalan deyil, gülməli olduğu üçün güldüm. Əslində, bu haqda danışmaq mənə yaraşmır. Bunlar reytinq üçün deyilənlərdir. Ona-buna "ilişmək"lə reytinq toplamaq istəyir.

Bu, məni həyat fəlsəfəmlə, dəyərlərimlə çox yanlışdır. Mən heç vaxt çıxıb hansısa məşqçi və ya futbolçu haqda elə danışmaram. Çünki oyundan danışılmır. Məsələn: niyə 3 səfər matçında qalib gələ bilmədiniz? Gəlin bu haqda danışaq, "Çempionlar Liqasında rekord qırdın", "Gənc yaşda "Dortmund"da məşqçi oldun" və s. Gəlin, bunlardan danışaq. O, Farioli haqqında da danışıb. Məsələn, mən buna cəsarət edə bilmirəm. Çünki adamın etdiyi göz qabağındadır. Ona görə də o məsələyə çox toxunmayacam. "Dortmund" kimi böyük bir klubun məni hansı kriteriyalara görə məşqçi etdiyini öyrənmək istəyirsə,  burada çoxlu departamentlər var, onlarla görüşə bilərlər".

Xatırladaq ki, Sergen Yalçın Nuri Şahinlə bağlı "Borussiya Dortmund"da məşqçi olmaq bu qədər asandırmı? "Antalyaspor"da iki il çalış, heç bir uğur qazanmadın, sonra "Dortmund"da məşqçi ol. Məsələn, bu necə olur? Müəyyən şərtlər var. Məşqçilikdə bir yerə çatmaq üçün uğur qazanmalı deyilsən? 10 il Anadolu klublarımnda  çalışdım və hamısında uğur qazandım. Sonra "Beşiktaş"a gələndə, "təcrübəsizəm" dedilər...", - deyib.

Fərid

MİA.AZ