Türkiyə spuer liqasında "Samsunspor"la 2-2 bərabərə qalan "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo liqadakı əsas rəqibləri aralarında yaranan xal fərqinə toxunub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Samsunspor"la oyundakı bərabərliyi göə hakimi günahlandıraraq, turnir cədvəlində rəqiblərindən geri qalmalarından danışıb: "Bir matç əskikliyimiz və rəqiblərimizlə qalan oyunları çıxsaq, aradakı fərq 2 xal artıb. Bunun mövsümün sonuna necə təsir edəcəyini bilmirəm. Çünki mənim sehrli beynim yoxdur. Qarşıdakı turda "Bodrumspor" matçında 3 xal qazanmaq üçün gerçəkdən savaşacağıq. Bunu dəqiq söyləyə bilərəm"

Baş məşqçi deyib ki, “Samandıra”da ondan tutmuş oyunçularıma qədər hər kəs çox çalışır: "Biz bunu davam etdirəcəyik. Bu liqanı bilirik, bəzi komandalar matçları daha asan qazanır. Amma söz verirəm ki, liqanın sonuna qədər oynadığımız hər matçda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Cümə axşamı fərqli bir turnirdə (Avroliqa) matçımız var. Ardıcıl 2 ev oyunu keçirəcəyik. "Mançester Yunayted" və "Bodrumspor"la  matçlarına azarkeşlərlə birgə inanaraq qalib gəlmək istəyirik".

Fərid Aslan
MİA.AZ