Türkiyə Superliqasının 9-cu turunda səfərdə "Sivasspor"a 3:2 hesabı ilə uduzan "Atakaş Hatayspor"un baş məşqçisi Rıza Çalımbay yaxşı oynadıqlarını, ancaq şansın yanlarında olmadığından gileylənib.

Mia.az Türkiyə mətuatına istinadla xəbər verir ki, o, bu matç daxil komandanın süknaı arxasında 3 oyuna çıxdığını xatırladıb.

Çalımbay bildirib ki, futbolçularının oynadığı oyundan çox razı qalıb: "Ondan əvvəl "Trabzonspor" matçı da belə idi. Orada çox qol şanslarını qaçırdıq. Burada da eyni hal təkrarlandı, təəssüf ki. Buraxdığımız qolları da sərbəst vuruşlardan yedik. Buna çox kədələndim. Buradan ən pis halda bərabərə ayrıla bilərdik. Şans bizdən yana olmadı. Azazrkeşlərdən üzr istəyirik".

Çalımbay keçmiş komandası “Sivasspor”a qarşı oynamağın fərqli hiss olduğunu da sözlərinə əlavə edib.

Fərid Aslan

MİA.AZ