Azərbaycan Respublikasının Müdafiə Nazirliyində sektor müdiri işləmiş, "Aprel döyüşləri"nin şəhid polkovnik-leytenantı Sənan Axundovun atası Axundov Tahir Davud oğlu bu gün vəfat edib.
Mia.az xəbər verir ki, dəfn mərasimi bu gün saat 16-00 da Beyləqan rayonundakı Həzrəti Cərciz Peyğəmbərdə keçiriləcək.
Hərbi hissədə təchizat bazasının rəhbəri işləmiş mərhum Tahir Axundovun qəlbində bir Vətən sevgisi, Qarabağ həsrəti var idi.
Atası uzun illər Azərbaycan DİN sistemində rəhbər vəzifələrdə işləmiş və son iş yeri Zərdab rayon DİŞ-nin rəisi olmuş polkovnik Davud Axundov Füzuli rayonu işğalda olduğu müddətdə Həzrəti Cərciz Peyğəmbərdə dəfn olunmuşdur. Elə o səbəbdən də dünyasını dəyişmiş ailə üzvləri möhtəşəm ibadətgahımızda əbədi məkan tapmışlar.
Allah rəhmət eləsin!