"Fənərbağça" liqada hazırda ikinci pillədə olan "Samsunspor" matçına tam gücüylə hazırlaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Baş məşqçi Joze Mourinyo bu oyunda Filip Kostiçi də start 11-likdə sınamağı düşünür.
Məlumata görə, qapıda hər zamanlı kimi Dominik Livakoviç duracaq. Sağ cinah müdafiəçisində zədəsini sağaldan Osayi Samuelin 11-liyə dönəcəyi gözlənilir. Filip Kostiçin sol cinahda oynayacağı xəbərlər arasındadır: "Jayden Oostervolde və Rodriqo Bekao müdafiənin mərkəzində bir şansa sahib olacaqlar. Joze Mourinyo yarımmüdafiə sistemini yəqin ki, yenə dəyişməyəcək. Sofyan Amrabat, Fred və Sebastyan Şimanskini bu xəttdə yerini alacaq. İrfan Can Kahveci isə sağ cinahda oynayacaq. Joze Mourinyo hücum xəttində Youssef En-Nesyri və Edin Dzeko arasında seçim edəcək".
Fərid Aslan
MİA.AZ