Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.
Məlumata görə, nazirliyin daxili xidmət mayoru Quliyev Zaur Böyükağa oğlu sözügedən idarənin rəisi təyin olunub.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, bir ay əvvəl polkovnik-leytenant Ağayev Rəfi Məhəmməd oğlu Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib9Qaynqarinfo).