"Real"ın əfsanəvi keçmiş futbolçusu, bir vaxtlar "Beşiktaş"ın da formasını geyinən Quti Hernandez yenidən yaşıl meydanlara dönür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sonuncu dəfə “Almeyra"nın baş məşqçisi olan Quti 2020-ci ildən futboldan kənarda qalmışdı.

İspaniya mətbuatı yazır ki, o, Argentinanın köklü komandalarından olan “San Lorenzo”nun sükanı arxasına keçməyə hazırlaşır: "Artıq tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir"

Qeyd edək ki, 2010-cu ildə "Real Madrid"dən "Beşiktaş"a pulsuz transfer olunan ispaniyalı əfsanə futbolçu 40 matçda 12 qol vurub, 14 məhsuldar ötürmə edib. O, "Beşiktaş"dan ayrıldıqdan sonra futbolçu karyerasına son qoyub, qısa müddət Şenol Günəşin köməkçisi olub.

Fərid Aslan

MİA.AZ