Azər HƏSRƏT

***

Bu il ailəmiz 3 yeni diplom qazandı. Aysel qızımız qardaş Türkiyədə Eskişehir Osmangazi Universitetinin magistraturasını “biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə uğurla bitirdi. Ardından da hazırda əsgər olan Ayxan oğlumuz BDU-nu “politologiya” ixtisası üzrə qırmızı diplomla başa vurdu. Və ən önəmlisi – ailəmizin 1-ci xanımı Almaz Həsrət də illərdir üzləşdiyi süni əngəlləri belə aşaraq alnının təri – halal zəhməti ilə pedaqogika üzrə fəlsəfə doktoru elmi adını qazanmış oldu.

Bir mən “diplom”suz qaldım yenə də. Mənim “diplom”umu (MM-dəki kürsümü) bu dəfə də tayfabaz, yerlibaz, qohumbaz, mağarabaşlar haqqı çatmayan birinə hədiyyə etdilər. Haramları olsun! Biz dövlət adına, dövlət üçün çıxdıq bu yollara, onlarsa dövlətə olan bağlılıq və sevgimizdən – sədaqətimizdən belə vicdansızcasına istifadəyə davam edirlər! Onlar öz pisliklərindən vaz keçməzlər, canları cəhənnəmə! Amma biz də dövlət sevdamızdan vaz keçəcək deyilik! Vətənə, Millətə, Dövlətə xidmətimiz davam edəcək! İstər anlasınlar, istər anlamasınlar! Önəmli olan odur ki, haqq yolda olduğumuzu bilirik, özümüzdən əminik, onların deputat, nazir elədiyi bəzi adamlar kimi üzdə bir cür, arxada başqa cür, üstəlik də alayarımçıq deyilik! Biz atamızın, dayımızın, hansısa vəzifəli yerlimizin, qohumumuzun, oynaşımızın hesabına qazanmadıq bu həyatdakı uğurlarımızı onlardan fərqli olaraq! Onlarsa qucaqda gəldilər, göydən zənbillə kürsüyə düşürüldülər, eləcə də bu dünyanı heç anlamadan ölüb gedəcəklər! İnsan kimi deyil, sadəcə adi bir varlıq kimi! Hərçənd bu sözlərimi də anlayacaq deyillər, çünki bu qədərini anlamaq da anlayış qabiliyyəti istər. O da onlarda yox...

Əsas odur ki, ailəmizin 3 diplomu daha artmış oldu bu il! Bizə uğurlar!

Sözardı: Ayxanın gözlərində anadangəlmə problem vardı. Çox zəif görürdü, ona görə də hərbi xidmətə yararsız hesab edilmişdi. Ötən il təkid etdi, həkim tapdıq, gözlərini əməliyyat elətdirdik ki, əsgər gedə bilsin. Bu il BDU-nu bitirib Polşada magistraturaya qəbul olunsa da Vətənə borcunu verməyi daha önə çəkdi və təhsilini sonraya saxlayıb xidmətə yollandı. Bunu da o mağarabaşlar anlamaz hərçənd ki. Haradan anlasınlar? Belə şeyləri anlamaq üçün azacıq kişilik lazımdır adamda, lap azacıq...

Lap sonda: Mənim əslimdə-nəslimdə əsgərlikdən yayınan bir nəfər də olmayıb!

P.S. Yazı müəllifin Feysbuk-dakı səıhifəsində yayımlanıb.

MİA.AZ