Hacıqabul Rayon İcra Hakimiyyəti 12 oktyabrda baş verən seI fəlakəti ilə bağlı açıqlama yayıb.
İcra Hakimiyyətindən Mia.az-a verilən məlumatda deyilir:
"Məlumat üçün bildiririk ki, 12.10.2024-cü il tarixində saat 11:00 radələrindən yağan güclü yağışlar nəticəsində Hacıqabul şəhərində 500-dən artıq ev sel sularlnın təsirinə məruz qalmış, 2 ev qəzalı vəziyyətə düşdüyü üçün orada yaşayan ailələr köçürülmüşdür, 16 nəfər (1 xəstə, 4 uşaq və 9 digər ailə üzvləri) təxliyə edilmişdir. Pirsaat qəsəbəsinin, Navahı, Qızılburun, Atbulaq və Birinci Udullu kəndlərinin bağ sahələri və boş ərzailəri də sel sularının təsirinə məruz qalmışdır. Sel sularının gəlməsi səbəbindən işıq enerjisinin verilməsində də fasilələr yaranmış, lakin qısa müddət ərzində enerjinin verilməsi bərpa olunmuşdur. Hal-hazırda 150- dən artıq evdən sel suları çəkilmişdir. Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının və Fövqəladə Hallar Nazirliyinin köməkliyi ilə sel sularının ərazidən çəkilməsi işləri davam etdirilir".
MİA.AZ