Dönərdən yenə kütləvi zəhərlənmə olub.

Mia.az xəbər verir ki, hadisə Tovuzun Qovlar qəsəbəsində baş verib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, ötən gün 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə "Report"a bildirilib ki, Agentliyinin mütəxəssisləri hadisənin baş verdiyi ehtimal olunan Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən “Köz dönər” ictimai iaşə müəssisəsinə baxış keçirib, müayinələrin aparılması məqsədi ilə nümunələr götürüb. Sözügedən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.