Mövsümün əvvəlində PSJ-dən pulsuz "Real Madrid"ə transfer edilən Mbappenin başı böyük dərdə girib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, gecə klubunda tanş olduğu qadın oteldə zorlamaqda ittiham olunur.
Bu barədə İsveç mətbuatı, daha sonra isə Fransa qəzetləri yazıb.
Bildirilib ki, Mbappe dostları ilə Stokholmdakı "Chez Jolie" restoranında nahar edib, daha sonra "Stureplandakı V" gecə klubuna baş çəkiblər: "Futbolçu və dostları burada bir neçə qadınla tanış olaraq onları otelə aparıblar. İddia var ki, oteldə qadınlar zorlanıb. Bu fakt isə qadınlardan birinin xəstəxanadan tibbi yardım istəməsindən sonra üzə çıxıb. Faktla bağlı İsveç polisi cinayət işi açıb, istintaq başlayıb".
Kilian Mbappe və dostları haqda cinayət işini araşdıran prokuror jurnalistlərin sorğusunu cavablandırmayıb: "Şərh vermək istəmirəm”.
Mbappe isə X hesabından xəbərin linkini paylaşıb və xəbəri təkzib edib: "Xəbər yalandır”
Fərid Aslan
MİA.AZ