Bu gün  UEFA Millətlər B Liqasının 4-cü qrupunda Türkiyə yığması səfərdə İslandiyanın qonağı olub.

Mia.az xəbər verir ki, Bakı vaxtilə saat 22.45-də başlayan oyunda hesabı ev sahibləri açıb - 1:0.

53-cü dəqiqədə Calhanoglu penaltini qola çevriə bilməyib.

62-ci dəqiqədə İrfan Can Kahveci Türkiyənin bərabərlik qoluna imza atıb - 1:1.

62-ci dəqiqədə təyin olunan növbəti penalti zərbəsində isə Calhanoglu dəqiq oynayıb - 1:2.

83-cü dəiiqədə islındlar hesaba tarazlıq gətiriblər - 2:2.

88-də Arda Gülər Türkiyənin 3-ü qolunu qapı torundan keçirib - 2:3

90+4 Kerem fərqi artırıb - 2:4.

Bu qələbə sayəsində Türkiyə millisi 10 xalla qrup lideri kürsündə möhkəmlənib.

Onu da qeyd edək ki, Türkiyə millisi bu oyuna qədər heç vaxt səfərdə İslandiyaya qalib gələ bilməyib.

Fərid ASLAN
MİA.AZ