Bu gün axşam saat 22.45-ə təyin olunmuş Türkiyə-İslandiya matçı təxirə salına bilər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının sədr müavini Ceyhun Kazancı məlumat verib.
O, UEFA Millətlər B Liqasının 4-cü qrupunda Milli Futbol Komandasının bu axşam İslandiya ilə səfərdə oynayacağı matçın 51 faiz təxirə salına biləcəyini deyib: "Meydança zəmin donub. Qarşılaşmanın təxirə salınma ehtimalı 51 faizdir. Koordinasiya toplantısı keçirilib. Qarşılaşmanın sabaha qədər təxirə salınma ehtimalı var. Qarşılaşmanın hakimi Türkiyə vaxtilə saat 17.00-da (Bakı vaxtilə saat 18.00-da) meydançanı yoxlayacaq və son qərarı verəcək".
P.S. Hakimlər Bakı vaxtilə saat 18.30 radələrində meydanşaya baxı. keçirib və oyuna qərar veriblər.
Fərid ASLAN
MİA.AZ