Şirvan şəhəri Kimya-Biologiya təmayüllü Liseyin yuxarı sinif şagirdlərinə nəzaərt gücləndirilməlidir.

Bu sözləri Mia.az-a həmin liseydə övladı oxuyan valideynlərdən biri məlumat verib.

Valideyn idda edir ki, burada yuxarı sinif şagirdlərindən bəziləri krimianl jarqonlardan, söyüşlərdən tez-tez istifadə etməklə, liseydə mühiti korlamağa çalışırlar: "İş o yerə çatıb ki, şagirdlər arasında tez-tez "razborka"lar olur, onlar məktəbdən kənarda "döyüş kinoları"ndakı kimi əlbəyaxa davaya girirlər. Bəli, acı fakt olsa da, bir qrup şagird Liseydə "atamanlıq" edirlər. Valideyn övladını Liseyə sağlam yola salır, evə isə döyülmüş vəziyyətdə gəlir. Liseydə yuxarı sinif şagirdləri müəllimlərə də hörmət edmirlər. Nizam-intizam sıfır səviyyəsindədir. 3-5 tərbiyəsiz şagird bütün Liseyin işini pozur. Onların bu hərəkətləri nəticəsində digər şagirdlər əziyyət çəkirlər. Müəllim heyəti bu barədə tam məlumatlıdırlar. Ancaq sərt tədbirlərə əl atmaq, polisi məlumatlandırmaq, onlardan dəstək almaq imkanlarından istifadə etmirlər. İraq olsun, gərək nəsə ölüm-itim ola ki, tədbirlər, nəzarət artırılsın?!" 

Valideyn deyir ki, döyülən şagirdlərdən həkimə və polis orqanlarına müraciət edənlər var: "Gülünc də olsa deyim: burada elə valideyn var ki, övladlarına mühafizə tutmaq məcburiyyətində qalıblar. Son zamanlar ölkədə məktəblər arasında baş verən bıçaqlanma hallarını nəzərə alsaq, bunu anlayışla qarşılamaq olar. Hər valideyn üçün övladı əzizdir, lakin çətin tərbiyə olunan şagirdlərlə xüsusi məşğul olmaq vacibdir. Məktəblərdə azyaşlılarla işin təşkili üzrə polis inspektorlarının fəaliyyətini gücləndirmək lazımdır. Yaxud bu kimi uşaqların məkltəbdən uzaqlaşdırılmasını  qanuni yolları işə salınmalıdır".

Samir Musayev
MİA.AZ