Polis ahıl şəxsləri aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, dələduzluğa məruz qalan paytaxt sakini olan 79 və 66 yaşlı iki qadın bu barədə polisə müraciət edib: "Onların 8000 manat və 9530 avro pulunun eyni üsulla ələ keçirildiyi məlum olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakini, 20 yaşlı Yusif Əliyev müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir."