Türkiyədə kriminal dəstələrlə, mafiyalara qarşı amansız mübarizə davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, növbəti əməliyyatla 6 kriminal dəstə çökəldilib, liderləri həbs olunub.

Bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, mütəşəkkil cinayətkar qruplara qarşı "Kuyu-34" və "Kuyu-35" kod adlı yeni əməliyyatla keçirilib: "Əməliyyatla qruplaşmanın liderləri - Kahramanmaraşda Muhammed Kaya, Mersində Həsən Sağsız, Dənizlidə Niyazi Dönmez, Antalyada Mustafa Akel, Qaziantepdə Ümit Öge və İstanbulda Turqut Yalçın və onlara bağlı olan dəstə üzvlərinin əsas simaları tutulublar".

Nazir qeyd edib ki, ümumilikdə 115 nəfər saxlanılıb: "Onladan 91-i haqda həbs tədbiri seçilib, 24-ü isə ev dustaqlığına buraxılıb..."

Firudin Səfərli
MİA.AZ