"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardiyə sürpriz transfer təkifi gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Argentinanın "River Plate" klibu 31 yaşlı hücumçuya "elçi" düşüb.

Məlumata görə, klub ona indidən 15 milyon avro illik maaş təklif edib.

Xəbərdə deyilir ki, İkardi yanvar transfer dönəmində klubdan ayrıla bilər.

Xatırladaq ki, İkardi "Qalatasaray"dan illik 12 milyon avro sabit maaş alır.

Fərid Aslan
MİA.AZ