Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılov Abşeron su təsərrüfatı sahəsində böyük bir gərginlik yaradıb.
Mia.az-ın əldə etdiyi məlumata görə, Abşeron Suvarma Sistemləri İdarəsi ilə Abşeron Sukanal İdarəsinin birləşdirilərək, yerində Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yaradılması və yeni idarəyə Şəmkirdə Suvarma Sitsemləri idarəsinin rəisi Etibar Nəbiyevin rəhbər təyinatı yeni idarənin kollektivində kütləvi etiraza səbəb olub.
Məlumata görə, yeni rəisin vəzifəyə oturar-oturmaz uzun illərin işçilərini "qapı önünə" qoymağa çalışması birmənalı qarşılanmayb...
Mia.az xəbər verir ki, APA TV bununla bağlı Abşeron Sukanal İdarəsində olub və yeni yaradılan qurumda ixtisar adıyla işdən çıxarılanlarla söhbətləşib, rəis müavini və köməkçinin fikirlərini öyrənib.
Daha sonra isə APA TV prezident İlham Əliyevdən sitat gətirib, qurumun yeni rəhbərliyini ölkəyə xəyanətdə ittiham edib.
Şərh vermədən APA TV-nin həmin süjetini olduğu kimi təqdim edirik:
Samir MUSAYEV
Mia.az