Oktyabrın 12-si səhər saatlarından başlayan güclü yağış Hacıqabul rayonunda selə səbəb olub. Sel suları xüsusilə rayon mərkəzində yerləşən evlərin həyətlərinə dolub. Evlərini tərk edən sakinlər onlara xeyli ziyan dəydiyini bildirirlər.

Hacıqabul sakini Namiq Hüseynov sel gələndə divanda yatdığını qeyd edib: "Gördüm, ayağıma su dəydi. Ev suyun içindədir. Harada qalacağımı bilmirəm".

Digər sakin Cəmaləddin Rüstəmov isə bildirib ki, sel suları dağlardan gəlir: "2009-cu ildə də bu cür təbii fəlakət olmuşdu".

Mia.az onu da bildirir ki, Hacıqabulda ümumilikdə 500dək evin seldən zərər çəkdiyi bildirilir.

Ətraflı Baku TV-nin süjetində.