"Dezinformasiya ilə mübarizədə Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirirəm".
Bbunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, dezinformasiyaya qarşı mübarizə çərçivəsində medianın fəaliyyəti təqdir olunmalıdır:
"Dezinformasiyaya qarşı mübarizə çərçivəsində medianın, xüsusilə də televiziyaların fəaliyyətini yüksək qiymətləndirirəm. Medianın İnkişafı Agentliyi və Azərbaycan Televiziyasının birgə təşkil etdiyi "MediaLab" layihəsini də uğurlu hesab edirəm"(Report).