ABŞ-ın məşhur Miçiqan Universiteti (UM) siqaretin nsan sağlamlğına və ömrünə təsiri ilə bağlı maraqlı elmi araşdırma aparıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya görə, hətta 75 yaşında siqareti tərgitmək ömrü uzada bilər.
Araşdırmada siqareti buraxmağın insanların ömrünü uzatmaq üçün atacaqları ən vacib addım olduğu xüsusi vurğulayır: "Bu məlumat həyatı boyu siqaret çəkən və xərçəng və ya ürək-damar xəstəliklərinin inkişaf riskini qəbul edən insanlar üçün mühüm motivasiya mənbəyi ola bilər".
Məlumata görə, təxminən 13.000 orta yaşlı kişi üzərində araşdırma aparılıb. Aydın olub ki, gündə 30 və ya daha çox siqaret çəkənlər ömürlərinin ən azı 21 faizini risk altına alır: "Siqareti tərgitmətin faydası təkcə bu riski aradan qaldırmaqla bitmir. Araşdırma təsdiq edir ki, siqareti istənilən yaşda buraxmanın çox böyük faydası var Tədqiqatlar göstərir ki, 35-75 yaş arasında siqareti buraxanlar siqaret çəkənlərə nisbətdə ömürlərini əhəmiyyətli dərəcədə uzadırlar. Belə ki, 35, 45, 55, 65 və 75 yaş aralıqlarında siqareti tərgidənlər arasında aparılan elmi araşdırmaya əsasən, bu yaşlarda siqareti tərgidənlər ömürlərini azı 8-10 il uzadırlar Məsələn, 35 yaşlı siqaret çəkən ömrünün sonuna qədər siqaret çəkərsə, o, orta hesabla həyatından 9 ili itirir".
Xatırladaq ki, bu tədqiqat "American Journal of Preventive Medicine" jurnalında dərc olunub.
Zülfiyyə
MİA.AZ