Türkiyədə 8 sentyabr 2015-ci ildə İğdırda 13 polisin şəhid olmasına səbəb olan terror aktı ilə bağlı 9 il sonra sensasion əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla parlamendə xeyli deputatı olan DEM partiyanın iğdır şəhər təşkilatnın sədri  Mehmet Selçuk və 8 şübhəli qandallanıb.

Məlumata görə, 9 il əvvəl PKK terrorçuları tərəfindən mikroavtobusun keçidi zamanı uzaqdan idarə olunan bombanın işə salınması nəticəsində 13 polisin şəhid olduğu hücumla bağlı saxlanılan şəxslər Iğdır Prokurorluğuna apaırlıblar: "Partiyanın binasında səhər saatlarında həyata keçirilən əməliyyat zamanı aparılan axtarış zamanı çoxlu sayda sənəd ələ keçirilib".

Firudin Səfərli
MİA.AZ