Fərid ŞAHBAZLI,

İslahatçı Gənclər İctimai Birliyinin sədri

***

Cənab Prezident İlham Əliyev son çıxışlarında ölkənin  gənclər ictimaiyyətinin və gənclər siyasəti ilə məşğul olan mərkəzi icra hakimiyyəti orqanlarının qarşısında ideoloji fəaliyyətlə çox ciddi tələblər qoydu. Əslində bu yüksək səviyyədə verilən  həyəcan təbili idi. 

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının milli yüksəlişi təmin edən dəyərlər sistemi kimi Azərbaycan dövlətinin qurulması və inkişafında rolunu qeyd edən Prezident, kənar müdaxilələr, ideoloji işğala cəhd, gənclərin zərərli mənəvi-əxlaqi təsirlərdən qorunması, düşmən dövlətlərin anti-Azərbaycan təbliğatının təsiri altına düşməməsi, LGBT, No War və s. kimi dünyanı ağuşuna alan meyllərin Azərbaycan cəmiyyətinə yol tapmasının qarşısının alınması kimi məsələləri də ön plana çəkdi.

Bu çıxış, əslində, gənclər siyasəti ilə məşğul olan mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyini hərəkətə keçirməli və gənclərlə iş sahəsində ideoloji fəaliyyətlə bağlı konkret addımlar atmalı idi. Ancaq, baxın: Nazirliyin gənclər siyasəti şöbəsinin müdiri Ramil Cabbarov əsl vəzifəsini unudaraq, yarımçıq bloggerliklə məşğul olur.

Dünyanı bir telefonda bir düymə ilə  barmağında fırlayan gənclər nəslinə 10 ilin köhnə texniki məlumatlarını ötürməklə iş görüldüyü görüntüsünü yaradır. Əslində isə bu gəncləri, ictimaiyyəti ələ salmaqdır, dövləti aldatmaq cəhdidir.

Gənclərlə bağlı ciddi ideoloji fəaliyyətə ehtiyac var. Haqlı mübarizəmizdən narahat olan güclərin üstümüzə gəldiyi bir şəraitdə baş qatmaq yolverilməzdir, xəyanətdir...

Mia.az