Amerika Futbol Liqasının (NFL) komandalarından olan “Nyu York Jets” klubu Livan əsili baş məşqçi Robert Salehi qəfil istefaya göndərib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubun bu qərarı ölkədə birmənalı qarşılanmayıb.
Məlumata görə, klubin inkar etməsinə baxmayaraq, Saleh İsrailin bombaladığı Livanı mənəvi dəstəklədiyi üçün göndərilib: "Bu fikri qüvvətləndirən əsas məqam ötən mövsüm 36 qələbə ilə klub tarixində rekord yeniləyən baş məşqçinin liqanın 5-ci turunda qovulmasıdır. hansı ki, o, bu 5 oyundan 2-dən qalib ayrılıb. Liqa yeni başlayıb, hələ qarşıda çox oyunlar var. Üstəlik, 25 ildən sonra klub tarixində ilk dəfə bir məşqçinin mövsüm bitməmiş yollarını ayırması iddiaları gücləndirir. Bundan əlavə, NFL tarixində ilk müsəlman məşqçi olan Livan əsilli ABŞ vətəndaşı Salah İsrailin Livana hücumundan etibarən qolunda Livan bayrağı ilə matçlara çıxıb. Əlbətət. onunn hücuma passiv etirazı klub rəhbərliyini belə addımı atmağa məcbur eləyib. Çünki ABŞ-da İsrailin lobbisi çox güclüdür..."
Zülfiyyə
MİA.AZ