UEFA FİFA lisenziyalı iki türk hakimə beynəlxalq oyunların idarə edilməsini tapşırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, UEFA-nınqərarı ilə hakim Kadir Sağlamı 19 yaşadək futbolçulardan ibarət UEFA Hazırlıq Çempionatına, Zorbay Küçük isə 17 yaşadək futbolçulardan ibarət UEFA hazırlıq çempionatına təyinat alıblar.

Türkiyə Futbol Federasiyasından verilən açıqlamaya görə, Kadir Sağlam 9-15 oktyabr 2024-cü il tarixləri arasında Rumıniyada keçiriləcək və Rumıniyanın da qatılacağı 19 yaşadək futbolçular arasında UEFA Hazırlıq Çempionatı 1-ci Qrup yarışlarında iştirak edəcək. Almaniya, İspaniya və Norveç yığmalarının oyunlarında ona köməkçi hakim kimi Tuğberk Curbay dəstək verəcək: "Zorbay Küçük 9-15 oktyabr 2024-cü il tarixləri arasında Albaniyada keçiriləcək və Albaniya, Xorvatiya, Hollandiya və Farer adalarının qatılacağı Hazırlıq Çempionatı 3-cü Qrup yarışlarını idarə edəcək".

Fərid Aslan

MİA.AZ