Rusiya Premyer Liqasının "Zenit" komandası "Fənərbaxça" ilə yoldaşılıq görüşü üçün danışıqlar aparır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, noyabrda planlanan yoldaşlıq oyunu ilə bağlı Rusiya klubunun direktorlar şurasının sədri Aleksandr Medvedev RİA Novosti-yə açıqlama verib.

O bildirib ki, bu görüş noyabrda milli komandaların beynəlxalq oyunları zamanı yaranacaq böyük fasilə zamanı baş tutacaq: "Biz artıq "Fənərbağça" ilə danışıqları yekunlaşdırmaq üzrəyik".

Klub rəsmisi deyib ki, hazırda ən əsas məsələ oyunun tarixi ilə bağlı qalıb.

Xatırladaq ki, Rusiya Premyer Liqasının 11-ci turundan sonra “Zenit” üçüncü pillədə qərarlaşıb.

Fərid Aslan

MİA.AZ