Çin alimləri 2 min metr yüksəklikdəki dağın zirvəsində yeni qurbağa növü kəşf ediblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dağın zirvəsində tapılan qurbağaya "Od qarınlı salamandar" adı verilib.

Məlumata görə, naraqlı görkəmdə olan qurbağalar ölkənin cənub-şərqində - 2000 metr hündürlükdə yerləşən Huangqanq dağının zirvəsində araşdırma aparılarkən tapılıb: "Tədqiqatçı alimlər əvvəlcə kiçik gölməçədən 9 nümunə toplayıblar. Bu nümunələr üzərində aparılan analizlər nəticəsində yeni bir növ qurbağa aşkara çıxarılıb. Yeni növ qurbağanın bədənindəki fərqli qara ləkələr və parlaq narıncı alt hissələri var. Bu səbəbdən, ona  "Od qarınlı salamandar" adı verilib".

Məlumatda deyilir ki, quyruqlu qurbağalar kimi də tanınan salamandrların təxminən 500 amfibiya növü mövcuddur: "Çinli tədqiqatçıları bölgədə başqa naməlum heyvanların olduğunu da istisna etməyiblər..."

Lamiyə Əhmədli

MİA.AZ