"Fənərbaxça"nın vitse-prezidenti Acun Ilıcalı Beyaz TV-də qonaq olduğu "Derin Futbol" proqramında baş məşqçi Joze Mourinyo haqda danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Joze Mourinyonun komandada keüfsiz olması barədə sualı cavablandırıb.

Acun Ilıcalı deyib ki, iddialar doğru deyil: "Joze Mourinyo "Fənərbağça"da xoşbəxtdir. 15 dəqiqə əvvəl danışmışdıq. O, komandadan deyil,  Türkiyədəki hakimlərdən narazıdır. Mourinyonun əsəbi olmasının səbəbi açıq-aşkar hakimlərin ədalətsizliyidiur. O, burada verilən qərarlaradan çaş-baş qalıb. Təsəvvür edirsiniz, yan xətt hakimi üç dəfə hücumu dayandırır. Futbolda olmayan bu qaydanı görəndə, kefsiz olmamaq mümkünmü?".

Samir Musayev

MİA.AZ