Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, ötən gün saat 19:45 radələrində 1991-ci il təvəllüdlü qadının Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:
"Qarnın açıq yarası, budun kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən şəxs cərrahi əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır".
***
Sumqayıtda qardaşı arvadını bıçaqlayan şəxs tutulub.
Mia.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda 1991-ci il təvəllüdlü Elnurə Fəxrəddin qızı Yusifova yaşadığı evdə öz qaynı tərəfindən bıçaqlanıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, oktyabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü E.Yusifovanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun qaynı, əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Rauf Yusifov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.