Sabiq futbolçu Sergen Yalçın vaxtilə komanda yoldaşı Oktay Derelioğlunun keçmiş həyat yoldaşı Sezer Çakırla əyləncə məkanında "yaxalanması" haqda tirajlanan xəbərə çox sərt reaksiya verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sergen Yalçın bu xəbəri və onu yayanları "axmaq" adlandıırb.
Oktay Derelioğlunun keçmiş həyat yoldaşı Sezer Çakırla sadəcə yaxın dost olduğunu iddia edən Sergen Yalçın haqlarındakı eşq söz-söhbətini rədd edib: "Keçmiş komanda yoldaşımın həyat yoldaşı ilə münasibətdə olduğum haqda çirkin xəbərlər yayıldı. Bilirlər ki, dostumdur. Birlikdə gəzir, ora-bura gedirik. Ancaq bunu da eybəcərləşdirdilər. Mən subay adamam, kimdənqaçağacağam, lan?!"
Fərid Aslan
MİA.AZ