"Qalatasaray" hücumçu Barış Alper Yılmazın maaşını kəskin artırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oktyabrın 12-də qüvvəyə minəcək yeni müqaviləyə əsasən, Barış Alper sarı-qırmızılı komandadan illik 75 milyon TL maaş alacaq.
Məlumata görə, o, buna qədər illik 10 milyon TL qazanırdı.
Xatırladaq ki, 24 yaşlı futbolçunun "Qalatasaray"la 2027-ci ilədək müqaviləsi var.
Fərid Aslan
MİA.AZ